Bakıda “Azerbaijan Woman Awards” mükafatlarının təqdimetmə mərasimi keçirilib (FOTO)

Bakıda Azerbaijan Woman Awards mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Beynəlxalq “BusinessWoman” jurnalının rəsmi tərəfdaşlığı ilə “Reputation” PR və biznes platforması tərəfindən təşkil olunan layihədə ictimai həyatda, təhsil, tibb, biznes, mədəniyyət, incəsənət, elm, memarlıq, idman və KİV-də böyük uğur və yüksək nailiyyətlər qazanan xanımlar təltif ediliblər.

Azərbaycanın uğurlu, istedadlı və ictimai həyatda aktiv şəkildə iştirak edərək faydalı işlərlə fərqlənən qadınlar prestijli mükafatların sahibi olublar. Onlar arasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri, şairə Qənirə Paşayeva, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, modelyer- dizaynerlər, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, Fransanın “Vasconi Architectes”in memarlıq şirkətinin vitse-prezidenti Aytən Mirzoyeva, YARAT Müasir İncəsənət Məkanı ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Hökumə Kərimova, şairə və pianist Zəhra Bədəlbəyli, telejurnalist Flora Xəlilzadə, teleaparıcılar Yelena Sidorenko və Samira Mustafayeva, aktrisa Oksana Rəsulova, rəssamlar Nigar Abbasbəyli, Röya Həsənova və Təranə Səid, stilist-vizajist Səbinə İmanova, plastik cərrah Könül Ağamirova, gimnast Zöhra Ağamirova, şairə Esli Dilbazi, müğənni Günay İbrahimli, dəb dizayneri Günel Behbudova, “Kapital Bank”ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva, interyer-dizayner Lalə Akkiraz, bloqer Elmira Namazova və digərləri yer aldı.

“Azerbaijan Woman Awards”ın layihənin təsisçisi – Aqil Məmiyev, direktoru – Pərviz Əzimzadədir, icraçı direktoru – Sirac Bəyalizadə, PR rəhbəri – Vüqar Səfərlidir. Qeyd edək ki, haqqında bir müddət sonra “Azerbaijan Woman Awards” layihəsinin iştirakçıları haqqında hazırlanacaq özəl jurnal da işıq üzü görəcək.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Azernews.az

Teqlər: