Bakıda avtoyuma məntəqəsində yanğın olub

Bakı şəhərinin Nəsimi rayonunda avtoyuma məntəqəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, ümumi sahəsi 30 m² olan avtoyuma məntəqəsinin içərisində taxta konstruksiyadan ibarət köməkçi otaq 5 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner əriyib.


Avtoyuma məntəqəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: