Gələn il Bakıda avtobusların elektrobuslarla əvəz olunması layihəsi planlaşdırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Azərbaycanda mobilliyin transformasiyası proqramı”nın təqdimatında deyib.
“Bildiyiniz kimi, gələn il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP-29) konfrasına ev sahibliyi sahiblik edəcək. Gələn ildən Bakı küçələrində daha çox yeni elektrobuslar görəcəyik”, – deyə o qeyd edib.