Paytaxtda marşrut avtobusunun sürücüsü qəza törədib.
AzerTimes xəbər verir ki, Yeni Yasamal, Əsəd Əhmədov küçəsində baş verən qəzada 9 maşına zərər dəyib.
Belə ki, avtobus parkinqdəki avtomobillərlə toqquşub.
Qəzanın hansı səbəbdən baş verdiyi bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.