Xəbər - Orxan Nəbiyev – Trend:
Futbol üzrə Avropa çempionatında iki matçımızı Bakıda keçirəcəyik. Azərbaycanda stadiona 50 faiz azarkeş qəbul etmək imkanı var, amm bu rəqəm 75 faizədək artırıla bilər.
AzerTimes-ın məlumatına görə, bunu UEFA İcraiyyə Komitəsinin üzvü, Türkiyə Futbol Federasiyasının birinci vitse-prezidenti Servet Yardımcı deyib.
O bildirib ki, Avro-2020-nin ev sahiblərindən olan Dublin, Bilbao və Münhendə stadionlara azarkeşlərin buraxılıb-buraxılmayacağı hələlik qərara alınmayıb:
“Digər 9 şəhərdə minimum azarkeş sayı 25 faiz səviyyəsində qərarlaşdırılıb. Bakı da daxil olmaqla bəzi şəhərlərdə 50 faiz azarkeş buraxılacaq. Bəzi hallarda bu rəqəm 75 faizə qədər yüksəldilə bilər”.
Qeyd edək ki, Avro-2020-nin ev sahibləri ilə bağlı yekun qərar UEFA-nın bugünkü tədbirində qəbul olunacaq.