Oktyabrın 6-da gecə saat 01:00 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində 1980-ci il təvəllüdlü Etiqad Hacıyev və oğlu İ.Hacıyev şəxsi münasibətlər zəminində 1977-ci il təvəllüdlü Qurban Məlikova, 1982-ci il təvəllüdlü Könül Məlikovaya və 2003-cü il təvəllüdlü Məzahir Məlikova kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən E.Hacıyev və İ.Hacıyev müəyyən olunaraq saxlanılıb.
Hadisə nəticəsində Q.Məlikov ölüb. Araşdırma aparılır.