Bakıda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə
təqsirləndirilən Şəhriyar Ələsgərovun cinayət işi üzrə istintaq
başa çatıb.
AzerTimes-ın məlumatına görə, cinayət işinin materialları baxılması
üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Prosesə hakim Azad Məcidovun sədrlik edəcək.
İttihama görə, ötən ilin noyabr ayında Sabunçu rayonu Pirşağı
qəsəbəsində 32 yaşlı Ş.Ələsgərov həyat yoldaşı, 24 yaşlı Ləman
Ələsgərovanı kirayə yaşadığı evdə bıçaqla çoxsaylı xəsarətlərlə
qətlə yetirərək meyitini evin həyətinə atıb.
Ş.Ələsgərov barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi
amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.