Bakıda arvadını öldürən şəxsə hökm oxundu

Bakıda arvadını öldürən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda həyat yoldaşını qətlə yetirməkdə, qaynı və qayınanasını bıçaqlamaqda təqsirləndirilən Bəxtiyar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzerTimes xəbər verir ki, prosesdə iş üztə məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı B.Məmmədovun 20 il azadlıqdan məhrum edilməsini sitəyib.

Daha sonra hakimlər müşavirə otağına yollanıb.

Müşavirədən sonra təqsirlənririlən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Məmmədov 20 il azadlıqdan məhrum edilib.

İttihama görə, fevralın 25-də Xətai rayonu ərazisində 1 nəfər şəxsin aldığı xəsarətlərdən ölməsi, 2 nəfər şəxsin isə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Bəxtiyar Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirib. Nəticədə Ülkər Məmmədova aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bəxtiyar Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Teqlər: