Bakıda “Art Nouvea” dövrünə aid bina sökülür? – Foto

Bakıda “Art Nouvea” dövrünə aid bina sökülür? – Foto

Keçmiş Sovetskidə (hazırda Şamil Əzizbəyov küçəsi 22) tikilmiş XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid 3 mərtəbəli bina sökülmək təhlükəsi ilə üzləşib.

AzerTimes xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumata görə, tikili “Art Nouvea” dövrünün binalarından biridir və 1901-ci ildə inşa olunub.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Mətbuat Xidmətindən ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, sözügedən ünvan dövlət mühafizəsinə götürülmüş daşınmaz tarixi və mədəniyyət abidələri siyahısında yoxdur:

“Tikintiyə icazə üçün bizə bu ünvandan müraciət daxil olmayıb”.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə də bununla bağlı müraciət ünvanlanıb.

Teqlər: