Bakıda anbarda baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində qeyri-yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, metal konstruksiyalardan ibarət anbarda təqribən 70 kv.m sahədə yanğın müşahidə olunub.


Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Teqlər: