Nizami Rayon Məhkəməsində Bakıda anasını öldürməkdə
təqsirləndirilən 15 yaşlı yeniyetmə barəsində həbs qətimkan
tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına
baxılıb.
AzerTimes-ın məlumatına görə, prosesdə təqdimat təmin edilib və
təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğunun Mətbuat Xidməti AzerTimes-a faktı
təsdiqləyib.
Xatırladaq ki, hadisə aprelin 20-si paytaxtın Nizami rayonu
ərazisində “Neftçilər” metrostansiyasının qarşısında baş verib.
2007-ci il təvəllüdlü oğlan qısqanclıq zəminində anası, 1985-ci il
təvəllüdlü Sevinc Məhərrəmova bıçaqla qətlə yetirib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.