Xəbər - Humay Ağacanova – Trend:
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda müvəqqəti baxılması üçün dayəyə verilən azyaşlı qızla bağlı araşdırmalara başlayıb.
Bu barədə AzerTimes-a Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.
Onun sözlərinə görə, azyaşlı sığınacağa yerləşdirilib və onun valideynlərinin tapılması istiqamətində aidiyyəti qurumlarla birlikdə araşdırmalar davam etdirilir.
Xatırladaq ki, sosial şəbəkələrdə azyaşlının anası tərəfindən müvəqqəti baxılması üçün dayəyə təhvil verildiyi barədə məlumatlar yayılıb.
Qeyd olunub ki, 8 gün ərzində uşağı dayəyə verən şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Dayə azyaşlının valideyni ilə əlaqə saxlamağa çalışsa da, anasının telefonuna zəng çatmayıb.