Bakıda anadan olmuş rusiyalı yazıçı öldü

Bakıda anadan olmuş rusiyalı yazıçı öldü

Bakıda anadan olmuş rusiyalı yazıçı İlya Ştemler 90 yaşında Sankt-Peterburqda vəfat edib.

AzerTimes xəbər verir ki, bu barədə yazıçının ailəvi dostu, şairə Tatyana Semenova məlumat verib.

“O, koronavirusdan müalicə olunduğu xəstəxanada vəfat edib. Bir həftə reanimasiyada qalıb. Onun 90 illik yubileyinə cəmi bir ay qalmışdı”, – şairə bildirib.

Qeyd edək ki, İ. Ştemler 1933-cü ildə Bakıda, Bakı Rus Dram Teatrının ədəbiyyat şöbəsinin müdiri Pyotr Ştemlerin ailəsində dünyaya göz açıb. Texniki təhsil alıb. “Taksi parkı”, “Univermaq”, “Arxiv”, “Qatar” onun məşhur əsərlərindəndir.

Müəllifin “Taksi parkı” əsərinin əsasında “Ödəniş” adlı film də çəkilib.

O, “Cənnətdə tənha” romanına görə Qoqol ədəbi mükafatına layiq görülüb.

Teqlər: