Bakıda ana və uşağının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb

Xəbər - Samir Əli – Trend:

Fevralın 20-də saat 14 radələrində Nizami rayonu ərazisində
kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova
və iki azyaşlı övladının kəsici-deşici alətlə aldıqları
xəsarətlərdən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil
olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, dərhal prokurorluq və
polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə
hadisə yerinə və meyitlərə baxış keçirilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi
başlanılıb.

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq
aparılmaqla təqsirli şəxsin (şəxslərin) müəyyən edilərək
məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat
tədbirləri davam etdirilir.

Teqlər: