Bakıda ana və sevgilisinin 5 yaşlı uşağa işgəncə verməsilə bağlı araşdırma aparılır – Baş Prokurorluq

Xəbər - Samir Əli -Trend:

Paytaxtın Xəzər rayonunda beş yaşlı uşağın anası və tanışı tərəfindən zorakılıq hərəkətlərinə məruz qalması və hazırda stasionar müalicə alması faktı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Baş Prokurorluqdan AzerTimes-a bildirilib ki, qeyd edilən məsələ ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində müvafiq səlahiyyətli qurumlarla əlaqəli şəkildə araşdırma aparılır.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.


Teqlər: