Bakıda ana və qızını maşın vurdu, biri öldü

Bakıda ana və qızını maşın vurdu, biri öldü

Bakıda avtomobil ana və uşağını vurub.

AzerTimes xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 11.12.2023-cü il tarixdə, saat 10:30 radələrində 1954-cü il təvəllüdlü Qəmnalı Məmməd oğlu İbrahimov “Opel Vektra” markalı avtomaşınla Nizami rayonu ərazisində hərəkətdə olarkən idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsi ilə hərəkətdə olan piyadalar – 1990-cı il təvəllüdlü Ayişə Mühərrəm qızı Aşırova və onun övladı 2015-ci il təvəllüdlü Aysu Elmir qızı Yaqubəliyevanı vurub, piyadalar “Yeni Klinika” xəstəxanasına yerləşdirilib. Ayişə Aşırova aldığı bədən xəsarətlərindən xəstəxanada ölüb.

Toplanmış material üzrə 12.12.2023-cü il tarixdə Bakı şəhəri, Nizami RPİ- nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq davam etdirilir.

Teqlər: