Bakıda kişi qonşusunu yumruqla vuraraq öldürüb.
AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da baş verib.
Belə ki, həmin gün saat 23:00 radələrində 1969-cu il təvəllüdlü Sayruz Hidayət oğlu Səttərov aralarında yaranmış mübahisə nəticəsində qonşuları – Bakı şəhəri, Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsi 21 ünvanında kirayədə yaşayan 1959-cu il təvəllüdlü Marina Yevgenyevna Çabanova və qızı 1987-ci il təvəllüdlü Nərminə Mayis qızı Vəliyevanın sifət nahiyəsinə yumruqla xəsarətlər yetirib.
Həmin xəsarətlərin təsirindən huşunu itirən Marina Çabanova oktyabrın 31-də saat 09:00 radələrində ayıldıqdan sonra qızı Nərminə Vəliyevanı yataq otağında döşəmənin üzərində ölmüş vəziyyətdə aşkar edib.
Faktla bağlı CM-nin 126.3-cü maddəsi ilə cinayət işi başlanmış, Sayruz Səttərov şübhəli şəxs kimi tutulub.