Xəbər - Cani Babayeva – Trend:
13-19 yaş kateqoriyasında qarışıq cütlük tərkibində çıxış edən
İsrail gimnastları Yonatan Fridman və Emi Rafaeli 29,400 xalla
Bakıda keçirilən Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları
Yarışlarında qılız medal qazanıblar.
AzerTimes-ın məlumatına görə, yarışı ikinci yerdə Portuqaliya
təmsilçiləri Luis Ferreyra və Beatris Mota (27,950), üçüncü yerdə
isə Rusiya təmsilçiləri Artemi Petrovski və Alina Vasilevskaya
(27,680) başa vurublar.
Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.
Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.