Xəbər - Cani Babayeva – Trend:
Bu gün Bakıda Milli Gimnastika Arenasında akrobatika
gimnastikası üzrə 28-ci dünya çempionatının üçüncü günü start
götürüb.
Trend-in məlumatına görə, bu gün qadın cütlükləri, kişi və
qadın qrupları arasında balans hərəkətlər üzrə, kişi və qarışıq
cütlüklər arasında temp hərəkətlər üzrə final olacaq.
Kişi cütlükləri arasında temp hərəkətin finalında medallar
uğrunda mübarizəni Azərbaycan təmsilçiləri Daniel Abbasov və Murad
Rəfiyev dueti aparacaq. Onların finaldakı rəqibləri İspaniya,
Almaniya, Portuqaliya, Qazaxıstan və ABŞ təmsilçiləridir.
Bu gün həmçinin Azərbaycanın qarışıq cütlüyü Ağasif Rəhimov və
Raziyə Seyidli temp hərəkətinin finalında çıxış edəcək. Onların
finaldakı rəqibləri İspaniya, Portuqaliya, İsrail, Belçika və Böyük
Britaniyadan olan cütlüklərdir.
Qeyd edək ki, martın 10-13-də Bakıda Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatı keçirilir.
Çempionatda dünyanın 17 ölkəsindən 170 gimnast iştirak edir.
Yarışlarda qadın, kişi və qarışıq cütlüklərdə, qadın və kişi
qruplarında gimnastlar balans, temp və qarışıq hərəkətləri təqdim
edirlər.
(Tərcümə: Orxan Nəbiyev Foto: Zaur Mustafayev)