Xəbər - Cani Babayeva – Trend:
Martın 10-da Bakı Milli Gimnastika Arenasında Akrobatika
gimnastikası üzrə 28-ci Dünya çempionatının birinci günü start
götürüb.
Trend-in məlumatına görə, yarışların ilk
günündə qadın və kişi cütlüklər balans və temp hərəkətləri, qarışıq
cütlüklər və kişi qrupları balans hərəkətlərini, qadın qrupları
temp hərəkətlərini nümayiş etdirəcək.
Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçiriləcək. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edəcək.
4 gün davam edəcək yarışlarda idmançılar qadın, kişi və qarışıq
cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans,
temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.
Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel
Abbasov və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edir.
Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri
Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və
bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə
aparacaqlar.
Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika
gimnastikası üzrə Dünya kubokuna, bu il martın 3-dən 6-dək isə bu
növ üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi
edib.
(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)