Bakıda akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının final gününə start verilib (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Martın 13-də Milli Gimnastika Arenasında Akrobatika Gimnastikası
üzrə 28-ci Dünya Çempionatının final gününə start verilib.

AzerTimes-ın
məlumatına görə, bu gün kişi və qarışıq cütlüklər arasında tarazlıq
hərəkətləri üzrə final, eləcə də qadın cütlükləri, kişi və qadın
qrupları arasında temp hərəkətləri üzrə final yarışları olacaq.

Azərbaycan təmsilçiləri balans məşqinin finalında çıxış
edəcəklər. Kişi cütlükləri arasında ölkəmizi Daniel Abbasov – Murad
Rəfiyev dueti, qarışıq cütlüklərdə isə Ağasif Rəhimov – Raziyə
Seyidli təmsil edəcək.

Qeyd edək ki, hazırda Azərbaycan yığmasının Dünya Çempionatında
üç medalı aktivində var. Ağasif Rəhimov və Raziyə Seyidlinin gümüş,
Daniel Abbasov və Murad Rəfiyevin iki bürünc medal qazanıb.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edir.

Yarışlarda qadın, qarışıq və kişi cütlüklər, qadın və kişi
qrupları tərkibində gimnastlar tarazlıq, temp və kombinə edilmiş
hərəkətləri təqdim edirlər.

Teqlər: