Xəbər - Cani Babayeva – Trend:
Fevralın 24-də Bakı Milli Gimnastika Arenasında akrobatika
gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı
start götürüb.
Trend-in
məlumatına görə, yarışlar fevralın 25-dək davam edəcək.
Yarışların ilk günündə idmançılar temp və balans hərəkətləri
nümayiş etdirəcəklər.
Qeyd edək ki, fevralın 24-25-də Milli Gimnastika Arenasında
keçiriləcək akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan
Birinciliyi və Bakı Çempionatında “Ocaq Sport” Klubu, Bakı
Gimnastika Məktəbi, “Neftçi” İdman Klubu, Sumqayıt Olimpiya İdman
Kompleksi və Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini 41 idmançı təmsil
edəcək.
İki günlük yarışlarda qadın cütlükləri (balacalar – 2007-2016;
yeniyetmələr – 2004-2010; böyüklər – 2007-ci il və daha böyük),
kişi cütlükləri (yeniyetmələr – 2004-2010; böyüklər – 2007-ci il və
daha böyük), qarışıq cütlüklər (yeniyetmələr – 2004-2010; böyüklər
– 2007-ci il və daha böyük) və qadın qrupları (balacalar-2007-2016;
yeniyetmələr-2004-2010; gənclər-2003-2009) medallar uğrunda
çoxnövçülükdə mübarizə aparacaqlar.
Yarışlar Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə
tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji
tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan
keçiriləcək.
Yarışları www.gymtv.online (https://gymtv.online/) internet
səhifəsindən canlı izləyə bilərsiniz.
(Tərcümə: Orxan Nəbiyev)