Noyabrın 6-da saat 09:25 radələrində paytaxtın Nərimanov rayonu Ziya Bünyadov prospektində 32 yaşlı O.İbrahimov idarə etdiyi “Volksvagen” markalı avtomobillə piyada E.İrzayevanı vurub.
AzerTimes xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məlumat verib.
O bildirib ki, zərərçəkən aldığı bədən xəsarətləri nəticəsində ölüb.
Yol nəqliyyat hadisəsi ilə bağlı ərazi polis orqanında cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır.