Bakıda ağır qəza: nənə və nəvəni maşın vurdu, ölən var

Bakıda ağır qəza: nənə və nəvəni maşın vurdu, ölən var

Bakının Xəzər rayonunda ağır yol qəzası zamanı uşaq ölüb.

AzerTimes Bakupost.az-a istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Sovxoz adlanan ərazidə 1951-ci il təvəllüdlü Tubət Əliyeva və onun nəvəsi 2011-ci il təvəllüdlü Tunar Rahil oğlu Əliyevi minik avtomobili vurub.

Zərbənin təsirindən R.Əliyev hadisə yerində ölüb.

Onun nənəsi isə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Teqlər: