Bakıda AGF Trophy və FIG kuboklarının təqdimetmə mərasimi keçirilib (FOTO)

Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman
gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində Azərbaycan
Gimnastika Federasiyasının xüsusi təsis edilmiş mükafatı – AGF
Trophy Kubokunun təqdimetmə mərasimi keçirilib.

AzerTimes-ın məlumatına görə, AGF
Trophy mükafatı Valentina Georgieva (Bolqarıstan) və İoan
Jimşeleişviliyə (Gürcüstan) verilib.

Həmçinin, Dünya Kubokunun dörd mərhələsində göstərilən üç ən
yaxşı nəticəyə görə gimnastlar FIG kubokuna layiq görülüblər.

FIG Kubokuna İsrail gimnastı Artyom Dolqopyat (sərbəst hərəkət),
ukraynalı atlet İlya Kovtun (paralel qollar), özbəkistanlı gimnast
Oksana Çusovitina (dayaqlı tullanma) və ukraynalı atlet Daniela
Batrona (gimnastika tiri) layiq görülüblər.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika
Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku
keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü
beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145
idmançı qüvvəsini sınayır.

Teqlər: