Xəbər - İlhamə İsabalayeva – Trend:
Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 106 A ünvanında ağacların dibinin asfaltlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb.
AzerTimes-ın məlumatına görə, Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı məlum olub ki, 6 saylı Regional Yol İstismar İdarəsi tərəfindən səkinin asfaltlanması zamanı oradakı ağaclar nəzərə alınmayıb və onların ətrafı tamamilə asfaltlanıb: “Ağacların dibinin asfaltdan təmizlənməsi və onlara aqrotexniki xidmətin göstərilməsi məqsədilə 6 saylı Yol İstismar İdarəsinə məcburi göstəriş verilib”.
V.Cavadov qeyd edib ki, hazırda Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən ağacların dibi təmizlənir və onlara aqrotexniki xidmət göstərilir.