Xəbər - Samir Əli – Trend:
Bakıda ağacları kəsən şəxs cəzalandırılıb.
Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov AzerTimes-a açıqlamasında bildirib ki, Nizami rayonu, B.Nuriyev küçəsi 42 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb:
“Əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda tikinti işləri aparılan zaman 2 ağacın vətəndaş Rüstəm Əhmədov tərəfindən kəsildiyi və təbiətə 4200 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Nizami Rayon Prokurorluğuna göndərilib”.