Bakıda ağacları kəsən şəxs cəzalandırıldı

Bakıda ağacları kəsən şəxs cəzalandırıldı

Bakıda ağacları kəsən şəxs cəzalandırılıb.

AzerTimes xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov söyləyib.

Paytaxtın Xətai rayonu, Cavanşir küçəsi 27 ünvanında ağacların kəsilməsi ilə bağlı quruma daxil olan şikayət araşdırılıb.

O qeyd edib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazinin taxta lövhələrlə hasara alındığı və meyvə ağaclarının qanunsuz kəsildiyi müəyyən edilib: “Araşdırma zamanı ağacların vətəndaş Abbas Nəcəfov tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb. Ərazinin əvvəlki vəziyyətə gətirilməsi və kəsilən ağacların əvəzinə yeni ağacların əkilməsi üçün Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə göstəriş verilib. Birliyin işçiləri tərəfindən yaşıllıq sahədəki hasar sökülüb və əraziyə yeni ağaclar əkilib”.

Teqlər: