Xəbər - Cani Babayeva – Trend:
Bakıda aerobika gimnastikası üzrə dünya çempionatının təşkili fantastikdir.
Bunu AzerTimes-a Bolqarıstan gimnastı Ana-Mariya Stoilova deyib.
O, gözəl çempionata görə, təşkilat komitəsinə təşəkkürünü bildirib: “Podiuma qayıtmaqdan, burada olmaqdan çox xoşbəxtəm. Öz çıxışımı təqdim etməkdən məmnunluq duyuram. Baxmayaraq ki, hər şey istədiyim kimi alınmadı, növbəti dəfə daha yaxşı çıxış etməyə çalışacağam”.
Gimnast bildirib ki, Bakıya ilk gəlişi deyil və əvvvəllər şəhərin görməli yerləri ilə tanış olub.
Qeyd edək ki, aerobika gimnatikası üzrə 16-cı dünya çempionatı Azərbaycan Gimnastika Federasiyasının 2021-ci ildə təşkil etməyi planlaşdırdığı irimiqyaslı yarışlardan biridir.
Yarışda 22 ölkədən 166 idmançı çıxış edəcək.
3 gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.
Azərbaycanı yarışlarda Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Nurcan Cabbarlı, Akif Kərimli, Elçin Məmmədov və Mədinə Mustafayeva təmsil edəcək.
(Tərcümə: Orxan Nəbiyev)