Bakıda aerobika gimnastikası üzrə dünya çempionatı ərəfəsində ağacəkmə aksiyası keçirilib (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Azərbaycan Gimnastika Federasiyası (AGF) Bakıda keçiriləcək aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı ərəfəsində ağacəkmə aksiyası keçirib.

Trend-in məlumatına görə, aksiya çempionatın başlamasına bir gün qalmış, mayın 26-da Milli Gimnastika Arenasının pakında baş tutub.

Tədbirdə dünya çempionatının səfiri, rusiyalı məşqçi Vladislav Oskner, Beynəlxalq Gimnastika Federasiyasının (FIG), yerli təşkilat komitəsinin nümayəndələri, məşhur gimnastlar iştirak ediblər.

AGF tərəfindən ağacəkmə aksiyalarının əsası 2019-cu ildə, bədii gimnastika üzrə 37-ci dünya çempionatı zamanı qoyulub.


Qeyd edək ki, Azərbaycanda ilk dəfə aerobika gimnastikası üzrə dünya çempionatı mayın 27-29-da keçiriləcək.

(Foto: Zaur Mustafayev. Tərcümə: Orxan Nəbiyev)

Teqlər: