Bakıda açıq sahədə yanğın var.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyinin məlumat verilib.
Bildirib ki, FHN “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi yaxınlığında açıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.
“Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir”.