16:38
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən AzerTimes-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
***
Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə FHN-dən bildirilib.