Bakıda 918 yerlik amfiteatr istifadəyə verildi

Bakıda 918 yerlik amfiteatr istifadəyə verildi

Xətai rayonunda yerləşən Heydər Parkı yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Bu barədə AzerTimes-a Xətai Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu ərazisində Nəsrəddin Tusi, Neapol və Vunq-Tau küçələrinin əhatəsində yerləşən Heydər Parkı əsaslı yenidənqurma işləri yekunlaşıb, park istifadəyə verilib. Parkda təmir işləri “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilati dəstəyi ilə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən aparılıb.

Ərazisi genişləndirilərək 14 hektara çatdırılmış parkda aparılan yenidənqurma işləri çərçivəsində 30 mindən çox ağac və gül kolları əkilib, 9 hektar əraziyə qazon örtüyü döşənib, 7 km piyada və 1,1 km velosiped zolağı salınıb, 380 işıq dirəyi, 150 oturacaq quraşdırılıb, məlumat lövhələri qoyulub, 2500 m2 sahədə avtodayanacaq yaradılıb. Ərazidə olan şəlalə və fəvvarə kompleksi təmir edilib. Ziyarətçilər üçün piknik sahələrinin də mövcud olduğu parkda uşaqlar və böyüklər üçün 5 fərqli məkanda idman və əyləncə sahələri ayrılıb, lazımi avadanlıqlar quraşdırılıb. Parkda monitor yenisi ilə əvəz edilmiş, mədəni-kütləvi tədbirlərin təşkili üçün 918 yerlik amfiteatr qurulub.

Teqlər: