Bakıda 9 ballıq zəlzələ təhlükəsi olan ərazilər var – Video

Bakıda 9 ballıq zəlzələ təhlükəsi olan ərazilər var – Video

Azərbaycanda ərazilərin seysmik təhlükə xəritəsi hazırlanıb.

AzerTimes xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, sözügedən xəritə modeli artıq bir sıra inkişaf etmiş ölkələrdə istifadə olunur. Bu isə tikinti işləri zamanı xüsusən binaların təhlükəsiz ərazilərdə inşa edilməsinə şərait yaradır.

Qurban Yetirmişlinin sözlərinə görə, paytaxt ərazisində 8-9 ballıq ərazilər var. Sözügedən xəritə əsasında bu ərazilər müəyyənləşdirilib və faiz dərəcəsi ilə qiymətləndirilib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru onu da əlavə edib ki, zəlzələ zamanı təhlükəli hesab olunan ərazilərlə bağlı da mütəmadi olaraq təhlillər aparılır, torpaq qatı araşdırılır.

Teqlər: