Bakıda 86 şagird inklüziv təhsilə cəlb edilib

Xəbər - Elçin Mehdiyev – Trend:

Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 86 şagird inklüziv təhsilə cəlb edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AzerTimes-a verilən məlumata görə, həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən, məqsədyönlü işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib.

Bu, sağlamlıq imkanları qismən məhdud uşaqlarla tam sağlam uşaqların eyni sinifdə oxuduğu siniflərdir. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına xidmət edir.

Teqlər: