Bakıda 74 yaşlı kikşini qətlə yetirməkdə təqsirləndirilən Ceyhun
Rizayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
AzerTimes-ın məlumatına görə, cinayət işinin materialları Bakı Ağır
Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azər Paşayevin icratına verilib.
Xatırladaq ki, ötən il dekabrın 19-u saat 22 radələrində
paytaxtın Xətai rayon sakini 1947-ci il təvəllüdlü Vaqif
Hüseynovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat
daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin qonşusu, 1970-ci il
təvəllüdlü Ceyhun Rizayevin yaşadıqları binanın qarşısında şəxsi
münasibətlər zəminində aralarına yaranan mübahisə zamanı
kəsici-deşici alətlə Vaqif Hüseynovun döş qəfəsinin sol yan səthinə
xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr
müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlaıb.
Ceyhun Rizayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
olunub.