Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində 64 yaşlı kişi dəm qazından boğularaq ölüb.
AzerTimes xəbər verir ki, 1960-cı il təvəllüdlü Xələf Hacıbaba oğlu Xələfov yaşadığı evin həyətində yerləşən hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.