Xəbər - Samir Əli – Trend:
Bakıda qarlı havada yıxılaraq xəsarət alanların sayı 64 nəfərə çatıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend -ə verilən məlumata görə, fevralın 24-dən etibarən 35 kişi, 29 qadın hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılardan 5-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.