Nəsimi rayonu ərazisində oğurluq və dələduzluqda şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
AzerTimes xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən 680 manat dəyərində qızıl üzüyün oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 62 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə ayrı-ayrı vaxtlarda 2 nəfərin ümumilikdə 556 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar 41 yaşlı İ.Mahmudov və 64 yaşlı İ.Abiyev müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.