Xəbər - Samir Əli – Trend:
Bakıda daha bir silah alcverçisi yaxalanıb.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının
daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir
nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən
şəxs saxlanılıb.
Bölməyə paytaxt sakini, əvvəllər məhkum edilmiş Zeytun
Məmmədovda silah olması və 500 manata satmaq istəməsi barədə
əməliyyat məlumatı daxil olub. Həmin şəxs odlu silahı satmaq
istəyən zaman saxlanılıb.
Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Naqan” markalı atəş üçün
yararlı tapança aşkar edilərək götürülüb. Zeytun Məmmədov odlu
silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil
verməyərək özündə saxladığını bildirib.
4-cü Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam
etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə
göndərilib. Zeytun Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.