Bakıda 50 min manatlıq qızıl boyunbağı oğurlayan dəstəyə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən
Rəşad Novruzov və Hikmət Arzumanovun cinayət işi üzrə məhkəmə
prosesi başa çatıb.

AzerTimes-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il
azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən şəxslər paytaxtın Nərimanov
rayonu ərazisindəki mənzillərdən birinə daxil olaraq oradan çəkisi
99 qram olan qızıl boyunbağı oğurlayıb. Oğurlanan zinət əşyası 50
min manat dəyərində qiymətləndirilib.

Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri
əməliyyat nəticəsində hadisəni törətməkdə təqsirləndirilən
R.Novruzov və H.Arzumanov saxlanılıb.

Teqlər: