Bakıda 5 kiloqram narkotik satarkən tutulan şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz
dövriyyəsi də təqsirləndirilən Səlim Quliyevin cinayət işi üzrə
məhkəmə prosesi başa çatıb.

AzerTimes-ın məlumatına görə, hakim FaiqQəbiyevin sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S. Quliyev 6 il azadlıqdan məhrum
edilib.

İttihama görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis
Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində
Maştağa qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul
olan Səlim Quliyev saxlanılıb.

Qəsəbə ərazisində yaşadığı evə baxış zamanı Səlim Quliyevə
məxsus ümumi çəkisi 5 kiloqram 90 qram olan marixuana və elektron
tərəzi aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi
başlanıb.

Teqlər: