Bakıda 5 ildən sonra yenidən UEFA Çempionlar Liqasının (ÇL) rəsmi himni səsləndirilib.
AzerTimes xəbər verir ki, bu, “Qarabağ”ın evdə Çexiyanın “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəyi pley-off mərhələsinin ilk oyunundan öncə baş verib..
“Köhlən atlar” son olaraq 2017/2018 mövsümündə bu raundda iki oyunun nəticəsinə əsasən Danimarka “Kopenhagen”indən güclü olub – 1:0;1:2. Qurban Qurbanovun baş məşqçi olduğu komanda həmin mövsüm turnirin qrup mərhələsində mübarizə aparıb.
Qeyd edək ki, Çempionlar Liqasının himni turnirin pley-off mərhələsindən etibarən səsləndirilməyə başlayır.