Aprelin 5-də aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq Xudu Məmmədov küçəsinin İlqar Zülfüqarov küçəsinin kəsişməsindən Məhəmməd Hadi küçəsinin kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Bakı Nəqliyyat Agentliyindən AzerTimes-a verilən məlumata görə, bu səbəbdən M1, M2, M6, 11 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemlərinin müvəqqəti olaraq aşağıda göstərilən qaydada müvəqqəti təşkil edilib.
Dəyişikliyə əsasən:
M1, M2, M6 nömrəli ekspres marşrut “Həzi Aslanov “ metro stansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə , daha sonra öz hərəkət sxemi üzrə;
11 nömrəli müntəzəm marşrut Ukrayna dairəsi – Vunqtau küçəsi – Gəncə prospekti – Sadıqcan küçəsi üzrə; hərəkəti müyyən edilib.
104 nömrəli müntəzəm marşrut “Həzi Aslanov “ metro stansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi – Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkəti müyyən edilib.