Aprelin 4-ü saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Alı
Mustafayev küçəsi 29 ünvanında 1982-ci il təvəllüdlü Bəhruz
Quliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil
olub.
Nəsimi rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il
təvəllüdlü Rabil Qasımovun şəxsi münasibətlər zəminində aralarında
yaranmış mübahisə zamanı Bəhruz Quliyevə bıçaqla xəsarətlər
yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən
edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.
Rabil Qasımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.