31 dekabr Bakı şəhərində Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə atəşfəşanlıq olacaq.
Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, atəşfəşanlıq ənənəvi olaraq dənizkənarı bulvarda baş tutacaq.