Bakıda 3 qız itkin düşüb, onlardan 1-i tapılaraq sığınacağa yerləşdirilib.
AzerTimes Report-a istinadən xəbər verir ki, Yasamal rayon sakini 2007-ci il təvəllüdlü Zilan Hətəmxanova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək itkin düşüb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin (RP) 28-ci Polis Bölməsində (PB) araşdırma aparılır.
Həmçinin 2008-ci il təvəllüdlü Şəlalə Allahverdiyeva Nərimanov parkından naməlum istiqamətdə gedib və geri qayıtmayıb. Faktla bağlı araşdırma Nərimanov RPİ-də aparılır.
Səbail Rayon Polis İdarəsinin 8-ci PB-nin və Çevik Polis Alayının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 8 gün əvvəl itkin düşmüş 15 yaşlı qız paytaxt ərazisində tapılaraq sığınacağa yerləşdirilib.