30 aprel 2022-ci il saat 08:00-dan 01 may 2022-ci il saat
20:00-dək Azadlıq prospektində təmir işləri aparılacaq.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar
sözügedən prospektin Sahib Zeynalov küçəsindən İzzət Həmidov
küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti
müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq.
Aparılacaq təmir-tikinti işləri ilə əlaqədar adı çəkilən
prospektdə nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət
tətbiq ediləcəyi halda, həmin ərazidə fəaliyyət göstərən 4, 85 və
88 nömrəli müntəzəm marşrutların hərəkət sxemində müvafiq
dəyişikliklər olunaraq fəaliyyətləri alternativ küçələrlə təşkil
ediləcək.