Bakıda 27 yaşlı kişi qətlə yetirilib, şübhəli saxlanılıb.
Bu barədə AzerTimes-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 19-da paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində 1997-ci il təvəllüdlü Adil Xəyal oğlu Talıbov kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvvəllüdlü Mətləb Müşfiq oğlu Süleymanlı polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib, araşdırma aparılır.