Bakıda 240-a yaxın küçə və prospektdə dəyişiklik ediləcək – Vüsal Kərimli

Xəbər - Samir Əli – Trend:

Bakı şəhəri üzrə ümumilikdə 236 küçə və prospektdə dəyişikliklər edilməsi ilə bağlı yeni layihələr təklif edilib.

AzerTimes-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, bu dəyişikliklər piyadaların təhlükəsizliyi üçün irəli sürülüb: “Bizim əsas strateji məqsədlərimiz alternativ vasitələr və piyadaların təhlükəsizliyini təmin etməkdir. Küçə və prospektlərdə piyada səkilərinin genişləndirilməsi prosesi davam etdirilir”.

Teqlər: